Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 


 


Sfera.az bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.


 


Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 


 


O, artıq vəzifəsinin icrasına başlayıb.


 


İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.


 


O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.(mənbə: Yenisabah)