Sumqayıtda dəm qazından zəhərlənmə olub.


 


Sfera.az Teleqraf-ın yerli bürosuna istinadla xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib.


 


Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb.


 


Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.


 


Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.


 


Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.