İsmayıllıda oteldə yanğın hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Diyallı-Talıstan dağları arasında yerləşən Qızılqaya istirahət mərkəzində qeydə alınıb.


 


Yanğın ümumi sahəsi 500 kv metr olan otelin istirahət güşəsində - sauna və basseyn hissəsində başlayıb. Nəticədə həmin ərazinin 100 kv metr hissəsi yanıb.


 


Hadisə yerinə FHN-nin İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.


Yanğın zamanı xəsarət alan olmadığı bildirilib.


 


Hazırda yanğının başvermə səbəbləri araşdırılır.