Şənbə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hərbi qulluqçunun meyitinin aşkar edildiyini bildirib.



 


Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

 


“Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, David Armenoviç Manukyanın meyiti aşkar edilib”, – deyə məlumatda qeyd olunub.

 


Bildirilib ki, hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün istintaq aparılır. 





Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hərbi qulluqçunun ölümü faktı ilə bağlı cinayət işi başlanıb.