"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Türkiyədə oynayacaq.


 


Sfera.az xəbər verir ki, qanalı futbolçu Sakaryasporla anlaşıb.


 


O, birinci liqa klubuna mövsümün sonuna qədər kömək edəcək.


 


28 yaşlı futbolçu 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.