Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib.


 


Sfera.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb.


 


"11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!", - deyə o qeyd edib.


 


Filippot Fransa prezidentini ictimai həyata fəal şəkildə müdaxilə etməyə davam etməkdə günahlandırıb.


 


/"Unikal"