Kuba adasında 5,5 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


 


Bildirilib ki, hadisə nəticəsində heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb .


 


Zəlzələ ocağı 15 kilometr dərinlikdə baş verib.


 


"Euronews"un məlumatına görə, zəlzələ əhali arasında narahatlıq yaratsa da, hakimiyyət orqanları sunami təhlükəsi elan etməyib və vəziyyəti izləməyə davam etdiklərini qeyd ediblər.