Xəbər verdiyimiz kimi, 8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 


 


Sfera.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş. 


 


Qəza nəticəsində 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq. 


 


Onun 11 və 13 yaşlarında iki övladı qalıb.