Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.


 


Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Taraz şəhərində baş verib.


 


Belə ki, qadın 2021 və 2023-cü il təvəllüdlü uşaqlarını naməlum səbəbdən pəncərədən atıb. Möcüzəvi şəkildə uşaqlar sağ qalıblar, lakin onlar qapalı kəllə-beyin travması alıblar.


 


Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb və şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda bir sıra zəruri istintaq hərəkətləri aparılır. Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.