Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


 


Bəs Tahir Budaqov kimdir?


 


Sfera.az xəbər verir ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.


 


1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.




 

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.




 

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.




 

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.




 

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildə YAP-ın, 1999-cu ildə YAP Siyasi Şurasının üzvü seçilib. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.




 

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.




 

Evlidir, üç övladı var.


 


Firuzə Əliyeva

Sfera.az