Bakıda və Sumqayıtda evlərdən meyit tapılıb. 


 


Sfera.az xəbər verir ki, Xətai rayonunda 1944-cü il təvəllüdlü Lidya Nikolayevna Artazeyin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Cavanşir küçəsi ev 6 mənzil 6-da aşkar edilib.


 


Sumqayıt şəhər sakini, 1939-cu il təvəllüdlü Məzahir Əliqulu oğlu Quliyevin meyiti yaşadığı evdə tapılıb.


 


Hər iki faktla bağlı araşdırmalar prokurorluq tərəfindən aparılır.