Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 


Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 


Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

 


Xatırladaq ki, ABŞ ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri dünən başlayıb. O 9-10 fevral tarixlərində Ermənistanda səfərdə olub.