Bu imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir.


 


Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.


 


"Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik", - İlham Əliyev deyib..


 


Dövlət başçısı xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Birgə Bəyannamə imzalandı və bu bəyanatı Prezident Tramp şahid kimi imzaladı.


 


"Biz növbəti altı ayda sülh şəraitində yaşayırıq. Buna görə ABŞ hökümətinə təşəkkür edirik"./publika