“Türk Hava Yolları” 11 mart tarixindən etibarən Ermənistanın paytaxtı Yerevana uçuşlara başlayacaq. 


 


Sfera.az xəbər verir ki, bu barədə “Ermənistan” Beynəlxalq Hava Limanları QSC-dən Armenian News- NEWS.am-a məlumat verilib.


 


Bildirilib ki, İstanbul-Yerevan-İstanbul reysi hər gün yerinə yetiriləcək, lakin mayın 14-dən etibarən bu uçuşların tezliyi həftədə 10, iyunun 15-dən isə həftədə 14 uçuşa çatacaq.


 


Firuzə Əliyeva

Sfera.az