Çoxmənzilli yaşayış binalarında su, qaz və elektrik sayğaclarının quraşdırılması ilə bağlı vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də bu avadanlıqların dəyərinin kim tərəfindən ödənilməsidir.
Bəs qanunvericiliyə əsasən, sayğacların dəyəri əhali qrupuna aid olan abonentlərinin üzərinə qoyula bilərmi?
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, əhali qrupu abonentlərindən su, elektrik enerjisi və qaz sayğaclarının dəyərinin tələb olunması yolverilməzdir.
Qurumun açıqlamasına görə, çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğacların dəyəri vətəndaşlardan tələb edilə bilməz və bu xərclər abonentlərin üzərinə qoyulmamalıdır.
Agentlik vətəndaşlara belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.
Firuzə Əliyeva
Sfera.az