Bakıda ər və arvad dəm qazından zəhərlənib.


 


Sfera.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.


 


Bildirilib ki, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər.


 


R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


 


Faktla bağlı araşdırma aparılır.