Ukrayna Ali Radasında deputatlar zəhərlənib.


 


Sfera.az xəbər verir ki, bu barədə “Ukrinform“ agentliyi məlumat yayıb.


 


Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.


 


Radadan verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı, parlamentin yeməkxanasında yoxlamalar aparıldığı bildirilib./modern.az