Çilidə 6,2 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


 


Məlumata görə, yeraltı təkan 37 kilometr dərinlikdə qeydə alınıb.


 


Dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib./axar