Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.


 


Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.


 


Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.


 


Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.


 


Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.


 


Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən protokollar tərtib edilib.