Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti raundunun 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcəyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, Peskovun sözlərinə görə, görüş Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında baş tutacaq.


 


Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.




Qeyd edək ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Həmin görüşdə Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib.




Bəsti Rəfizadə

Sfera.az