İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.


 


Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.


 


Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.


 


Axtarış-xilasetmə əməliyyatı davam edir.