“Qarabağ”ın sabiq futbolçusu, hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Olavio Juninyo qolları sıralamaqda davam edir.


 


Sfera.az xəbər verir ki, yanvarda “Flamenqo”dan Meksika klubuna keçən forvard 7 oyuna 3 qol vurub.


 


O, ötən gün “Puebla” ilə keçirilən ölkə çempionatının 6-cı turunun matçında komandası üçün vacib qola imza atıb. Matçın 88-ci dəqiqəsində fərqlənən forvard qələbə qolunun müəllifi olub.


 


Juninyonun komandası 12 xalla 2-ci pillədə qərarlaşır. /Qafqazinfo