Biləsuvarda transformator partlayıb.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.


 


Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.


 


Hazırda ərazidə təmir-bərpa işləri aparılır.