Qusarda yerləşən hoteldə meyit tapılıb.


 


Sfera.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.


 


1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.


 


Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.


 


Şəxsin ölüm səbəbi hələlik məlum deyil.


 


Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.