“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan İngiltərənin “Nyukasl” klubunun futbolçusu Brunu Gimaraynş uzun müddətə sıradan çıxıb.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.


 


28 yaşlı yarımmüdafiəçinin təxminən iki ay (8-10 həftə) yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


 


Braziliyalı oyunçu bu müddət ərzində “Qarabağ”a qarşı keçiriləcək pley-off mərhələsinin hər iki oyununu, İngiltərə Premyer Liqası və FA Kubokunun matçlarını, eləcə də Braziliya millisinin martdakı yoldaşlıq görüşlərini buraxmalı olacaq.


 


Brunu Gimaraynş cari mövsüm ərzində iştirak etdiyi 35 oyunda 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.


 


Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı pley-offun ilk görüşü fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.