Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.


 


Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.


 


Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.


 


Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


 


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.