Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.


 


Sfera.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.


 


Avtobus Phuket - Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarətlər alıb.


 


Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis fakt üzrə araşdırmalara başlayıb./Oxu.az