Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.


 


Bəs imtahan nəticələri nə zaman açıqlanacaq?


 


Sfera.az DİM-ə istinadən xəbər verir ki, fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. 


 


İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.


 


Firuzə Əliyeva


Sfera.az