Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.


 


Sfera.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.


 


Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.


 


Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.


 


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.