“Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin səfərləri qarşılıqlıdır”.


 


Sfera.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib. 


 


O qeyd edib ki, bu təşəbbüslər sülh mühitini gücləndirməyə yönəlib.


 


“Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşləri həm Ermənistanda, həm də Azərbaycanda müntəzəm keçiriləcək“, – Ovannisyan vurğulayıb.


 


Xatırladaq ki, 13 fevralda Ermənistanla Azərbaycan arasında Tavuş-Qazax sektorunda sərhəd demarkasiyasından bəri ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gəlib.(mənbə:globalinfo)