Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.


 


İlkin məlumata görə, "Qazel" markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.


 


Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib./report.az