Gəncədə yanğın hadisəsi baş verib.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.


 


Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.


 


Yanğın zamanı 2004-cü il təvəllüdü G. Nəbiyeva, 1989-cu il təvəllüdlü N. Mövsümov tüstüdən zəhərlənib.


 


Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib