Füzulidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


 


Sfera.az bildirir ki, qəza hadisəsi rayonun Kərimbəyli kəndi ərazisində baş verib.


 


Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 1 nəfər sərnişin ölüb, 4 nəfər ağır xəsarət alıb.


 


Yaralılar xəstəxanaya çatdırılıb.


 


Faktla bağlı araşdırma başlanıb./teleqraf