Bütün ermənilərin katolikosu II Qaregin müstəntiqlərə ifadə verməkdən imtina edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.


 


Fevralın 14-də vəkil Ara Zöhrabyan Ermənistan Baş Prokurorluğunun II Qareginə qarşı cinayət işi açdığını və onun ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb. Cinayət işi katolikosun məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə açılıb.