Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.


 


Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.


 


Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az