Qazaxıstanın Almatı vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


 


Bildirilib ki, zəlzələ Esik şəhərindən 28 km şərqdə 13 km dərinlikdə qeydə alınıb.


 


Dağıntı və itki barədə məlumat verilməyib.