Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.


 


Sfera.az bildirir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.  


 


Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.


 


Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.


 


O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.