Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, qəza zamanı 1961-ci il təvəllüdlü Allahyar Ramazanov, 1987-ci il təvəllüdlü Zabit Verdiyev və 1986-cı il təvəllüdlü Samirə Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


 


Onlara ilkin yardım göstərilib, vəziyyətləri kafidir.


 


Hadisənin səbəbləri araşdırılır./teleqraf