Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü, Hacıqabul rayonunun Navahı kənd sakini, 1989-cu il təvəllüdlü Zülfüqarov Ağaşirin Həmzə oğlu hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.