Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


 


Hazırda yollardakı vəziyyət:


 


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;


4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;


8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;


9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;


10. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;


11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


13. Babək prospekti, mərkəz istiqamətində;


14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;


15. "20 Yanvar" dairəsində;


16. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


17. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;


18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


19. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;


20. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.