ABŞ, Fransa şirkətlərinin iştirakı da daxil olmaqla, uranın zənginləşdirilməsini bərpa etmək niyyətindədir.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kristofer Rayt məlumat verib.


 


"Biz ABŞ-da qismən Amerika şirkətləri ilə, qismən də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa edəcəyik", - o bildirib.


 


Qeyd edək ki, zənginləşdirilmiş uran istehsalının bərpası planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan edilib.