İsrail təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün hücumu ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.


 


Sfera/az xəbər verir ki, bu barədə “Ynet” mənbələrə istinadla məlumat yayıb.


 


İsrail rəsmiləri hesab edirlər ki, Tehran Vaşinqtonun fevralın 17-də Cenevrədə keçirilən danışıqlarda elan edilmiş tələblərinə dərhal əməl etməsə, ABŞ İrana genişmiqyaslı zərbə endirə bilər.


 


“Ynet” əlavə edib ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Tehranın yəhudi dövlətinə hücumlarının qaçılmaz olduğuna inanır.