Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.


 


Sfera.az xəbər verir ki, həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.


 


Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.