İsveç bütün dünyanı təəccübləndirən bir qərar verib: pulsuz adalar hədiyyə edəcək. Beş fərqli ada bir il müddətinə "ada qoruyucusu"na həvalə ediləcək. Üstəlik, milyonçuların müraciətləri qəbul edilmir və müraciətlər video vasitəsilə ediləcək.
Sfera.az bildirir ki, qərarın məqsədi İsveçin turizm gəlirlərini artırmaqdır.
İsveç Turizm Ofisi - “Visit Sweden” bütün dünyanın diqqətini cəlb edən bir kampaniyaya başlayıb. Beş xüsusi ada bir il müddətinə "ada qoruyucusu"na həvalə ediləcək. Bundan əlavə, ada lotereyasının qalibləri İsveçə iki nəfərlik təyyarə bileti də qazanacaqlar.
İsveç adası lotereyasının qalibi adadan pul qazana bilməyəcək. Başqa sözlə, ada tamamilə sizin olmayacaq. Sizin olsa da, ətraf mühitə hörmət etmək şərti ilə düşərgə qura, dostlarınızı dəvət edə və adada əylənə biləcəksiniz.
Müraciət etmək üçün sadəcə video çəkməlisiniz. Sosial mediada #YourSwedishIsland heşteqi ilə paylaşacağınız videoda adanı niyə istədiyinizi izah edən bir çıxış etmək şərti qoyulub. Həmçinin qeyd edək ki, milyarderlər bu lotereyada iştirak edə bilməzlər.
Hədiyyə ediləcək adalar isə:
Medbadan
Flisan
Storberget
Tjuvholmen
Marstendir.
Aynil