Everest dünyanın ən hündür dağıdır. Buna görə də, hər il yüzlərlə insan Everestə dırmanmaq üçün icazə almaq üçün müraciət edir. Lakin təcrübəsiz şəxslər səbəbindən mənfi nəticələr yaranır. Bu səbəbdən Nepal Everestə dırmanmaq istəyənlər üçün yeni şərtlər tətbiq edib.


 




Sfera.az bildirir ki, Nepal Turizm Departamenti mənfi halların qarşısını almaq üçün Everest üçün yeni bir qərar qəbul edib. Yeni qanuna görə, Everestə dırmanmaq istəyənlərdən ən azı 7000 metrlik dağ təcrübəsi tələb olunacaq.


 


Qanun layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən və Nepal Prezidenti Ram Çandra Poudel tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yeni qanun layihəsinə dağları təmiz saxlamaq və bələdçilərin rifahını dəstəkləmək üçün qaydalar da daxildir.


 


Müvafiq olaraq, alpinistlərdən toplanan 4000 dollarlıq zibil depoziti dırmanışdan sonra təmizlik sertifikatı təqdim edildikdə geri qaytarılacaq.


 


Aynil