Fransa Prezidenti Emmanuel Makron Ermənistana ikigünlük səfər edəcək. 


 


Sfera.az Ermənistan mediasına istinadla xəbər verir ki, səfər mayın 4-ə planlaşdırılıb.


 


Fransa Prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.


 


Makron sonuncu dəfə səkkiz il əvvəl, 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etmək üçün İrəvana səfər etmişdi. Ondan əvvəl Fransa prezidentləri Ermənistana dörd dəfə səfər etmişdilər: Jak Şirak 2006-cı ildə, Nikola Sarkozi 2011-ci ildə və Fransua Olland 2014 və 2015-ci illərdə.