Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı hazırlanan 20-ci sanksiya paketi üzrə keçirilən görüşdə ortaq məxrəcə gələ bilməyiblər.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyası məhdudiyyətlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının ildönümünə qədər qəbul olunmasını hədəfləyir.
Lakin üzv dövlətlər arasında bəzi maddələr üzrə fikir ayrılıqları hələ də qalmaqdadır.
Qeyd olunub ki, sanksiyalar çərçivəsində Rusiya nefti daşıyan tankerlərin saxlanılması cəhdlərinin hüquqi cəhətdən əsaslandırılması nəzərdə tutulur. Lakin bu məsələ Aİ daxilindəki bir sıra ölkələrdə dənizdə Rusiya ilə birbaşa hərbi toqquşma riski ilə bağlı ciddi narahatlıq yaradıb.
Hazırda müzakirələrin davam etdirildiyi və tərəflərin kompromis variant axtardığı bildirilir.
Bəsti Rəfizadə
Sfera.az