Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunu “Sumqayıt” və “Qəbələ” komandaları arasında keçirilib.


 


Sfera.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb - 0:0.


 


Matçın 34-cü dəqiqəsində Qəbələ təmsilçisinin hücumçusu Adriel Ba Lua penaltidən fərqlə bilməyib.


 


Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq 4-cü sıraya yüksəlib. “Qəbələ” 15 xalla onuncudur.


 


Qeyd edək ki, turun digər oyunları fevralın 21-22-də keçiriləcək.