Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.


 


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


 


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


 


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


 


Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.


 


Ətraf ərazilər yanğından mühafizə olunub.