Əməkdar artist Vasif Məhərrəmli müğənni Mətanət Əsədova ilə bağlı etiraf edib. 


 


Sfera.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində həmkarının prodüseri olduğunu deyib. O bildirib ki, bundan sonra M.Əsədovaya prodüser kimi dəstək göstərəcək:


 


"Neçə vaxtdır prodüseri mənəm. Verilişlərə çıxanda biz komanda şəklində çalışırıq. Biz bir yerdə mövzunu müzakirə edirik".


 


M.Əsədova daha sonra ad günündə və proqramda geyindiyi çəhrayı kostyumu ona Vasifin aldığını bildirib. //axşam.az